Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib
sizinxeber.az xəbər saytı

Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib


İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sizinxeber.az xəbər verir ki, Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Tokayev Azərbaycan Prezidentinə zəng edib
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle