Mixeil Kavelaşvili: Azərbaycan-Gürcüstan dostluğunu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Mixeil Kavelaşvili: Azərbaycan-Gürcüstan dostluğunu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk


Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.

Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.

Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.

Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.

Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.

Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram".

Oxşar xəbərlər

Mixeil Kavelaşvili: Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır
Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvilidən
Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir
Mixeil Kavelaşvili: Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub
Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər