Prezident İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib


Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Oxşar xəbərlər

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Nikuşor Dana
Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Prezident İlham Əliyev Vyetnam liderinə başsağlığı verib
Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər