Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq
Dövlət qulluqçularının reyestri aparılacaq.
“Sizinxeber.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək.
Dövlət orqanları və “Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində məlumatların “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına ötürülməsini və daxil edilməsini altı ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.
Dövlət İmtahan Mərkəzi reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görmək tapşırılıb.
Oxşar xəbərlər
Dövlət qulluqçularının reyestrinin aparılmasının hüquqi və təşkilati əsasları müəyyən edilib
Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası təsdiqlənib
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
