İmişlidə bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib
sizinxeber.az xəbər saytı

İmişlidə bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib


Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.

"Report" xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:

"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".

Sonda Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.

Qeyd edək ki, Bəcirəvan bələdiyyəsinin tərkibinə Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

Oxşar xəbərlər

Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib
24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib
70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər