24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib
Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı komissiyaya müraciət edib:
"Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib".
Oxşar xəbərlər
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub
42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb
86 saylı Ağcabədi Seçki Dairəsinin bir məntəqəsində pozuntular olub
MSK Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddiaları araşdırıb
70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













