Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsinin iki seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizov Əzizxan İman oğlu bu şikayətlərlə MSK-ya müraciət edib:
"Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, orada hər hansı bir pozuntu olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".
MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.
Oxşar xəbərlər
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurasının seçkilərlə bağlı "qaynar xətti"nə heç bir müraciət daxil olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Səsvermənin gedişində heç bir pozuntu halları qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
81 saylı İmişli seçki dairəsi üzrə ən yaşlı seçicinin 112 yaşı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
77 saylı Lənkəran şəhər seçki dairəsində səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












