№1 Çörək Zavodu:  İstehsal prosesi texnoloji və sanitariya normalara uyğun şəkildə həyata keçirilir
sizinxeber.az xəbər saytı

№1 Çörək Zavodu: İstehsal prosesi texnoloji və sanitariya normalara uyğun şəkildə həyata keçirilir


"Xəzri TN" MMC-nin tərkibində fəaliyyət göstərən №1 Çörək Zavodunda istehsal prosesinin müəyyən edilmiş texnoloji və sanitariya normalarına uyğun şəkildə həyata keçirilir.

Bu barədə "Baku TV" tərəfindən №1 Çörək Zavodundan hazırlanmış süjetdə qeyd olunur.

Çəkiliş zamanı məhsulların istehsaldan qablaşdırılmaya qədər keçdiyi mərhələlər izlənilib. Müəssisədə istehsal prosesinin müəyyən edilmiş texnoloji və sanitariya normalarına uyğun şəkildə həyata keçirildiyi bildirilib. Eyni zamanda, məhsulların qablaşdırılması və saxlanılması şərtləri barədə məlumat verilib.

"Xəzri TN" MMC-nin Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri Rəşad Mehdiyev bildirib ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə zavodun istehsal etdiyi qablaşdırılmış şirniyyat məhsullarından birinin son istifadə müddəti başa çatmadan kifləndiyi iddiasını əks etdirən görüntülərlə bağlı yayılan məlumat əsasında daxili araşdırma aparılıb:

"İstehsal prosesinin bütün mərhələləri, o cümlədən daşınma və saxlanma şəraiti, həmçinin istifadə olunan xammal və materiallar ətraflı təhlil edilib. Araşdırma nəticəsində hər hansı uyğunsuzluq aşkar olunmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə yalnız bir məhsul üzrə uyğunsuzluq qeyd edilib, lakin bu hal zavodun bütün məhsullarına şamil olunub. Biz bunu müəssisəyə qarşı qərəzli yanaşma və qarayaxma cəhdi kimi qiymətləndiririk".

R. Mehdiyev əlavə edib ki, №1 Çörək Zavodu 2013-cü ildən beynəlxalq standartlara uyğun fəaliyyət göstərir:

"İstehsal prosesi ən son Almaniya texnologiyaları əsasında və insan təması minimuma endirilməklə həyata keçirilir. Müəssisə 2024-cü ildən ISO 9001 və ISO 22000 beynəlxalq standartları üzrə sertifikatlaşdırılıb. Hazırda isə FSSC 22000 standartının tətbiqi istiqamətində işlər aparılır və ilin sonunadək müvafiq sertifikatın əldə olunması planlaşdırılır".

Qeyd olunub ki, qida məhsullarının keyfiyyətinin qorunmasında istehsal prosesi ilə yanaşı, daşınma və saxlanma şəraiti də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislərin sözlərinə görə, məhsulun son istehlakçıya çatdırılmasına qədər uyğun temperatur rejiminin və digər tələblərin təmin olunması vacibdir.

Eyni zamanda, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatları paylaşarkən və qiymətləndirərkən onların dəqiqliyini yoxlamalı, rəsmi açıqlamalara və araşdırmaların nəticələrinə diqqət yetirməlidirlər.

№1 Çörək Zavodu: İstehsal prosesi texnoloji və sanitariya normalara uyğun şəkildə həyata keçirilir

Oxşar xəbərlər

Yem əlavələrinə dair sanitariya norma və qaydalar təsdiqlənib
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib
Ağdam Sənaye Parkında son 7 ayda 85 milyon manatlıq məhsul istehsal olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər