Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub
sizinxeber.az xəbər saytı

Ermənistan MSK sədri: İki seçki komissiyasının sədri və bir katibi tutulub


Ermənistanda seçki komissiyalarının iki sədri və bir katibi saxlanılıb.

"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan seçki məntəqələrində işlərin gedişatından danışarkən bildirib.

"Bütün seçki məntəqələri səhər saat 7:00-da işə başlayıb, səhər 8:00-da bütün seçki məntəqələri səs vermək istəyən vətəndaşları qəbul etməyə başlayıb. Səhər saat 8:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 48-də komissiya üzvləri iştirak etməyib. 50 iştirak etməyən şəxsdən üçü - iki komissiya sədri və bir katib - cinayət işi səbəbindən iştirak etməyib. Ancaq qeyd etməliyəm ki, Seçki Məcəlləsi seçki komissiyasının üzvlərindən biri olmasa belə, prosesin davam etməsinə imkan verir. Lazım gələrsə, ərazi seçki komissiyalarının sədrləri yeni bir üzv təyin edirlər", - o deyib.

Oxşar xəbərlər

Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçilib
Ermənistanda parlament seçkiləri keçirilir
TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platforması təsis ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər