MSK saat 10.00-a olan seçici fəallığını açıqlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.
APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər respublika üzrə 499 575 nəfər səs verib, seçici fəallığı 8,38 faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Oxşar xəbərlər
MSK: Saat 10:00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub
MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub - YENİLƏNİB
MSK: Saat 15:00-a qədər respublika üzrə seçici fəallığı 29,49 faiz olub - YENİLƏNİB-1
MSK: Saat 17:00-a qədər respublika üzrə seçici fəallığı 33,82 faiz olub - YENİLƏNİB-2
MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub- YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













