Mürsəl İbrahimov Sumqayıtda vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Bildirilib ki, yanvarın 15-i saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Xidmətin Sumqayıt şəhər baş idarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 13-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Mürsəl İbrahimov Ağdaşda vətəndaşların problemlərini dinlədi
Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edib
Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
