Monteneqronun Baş naziri Azərbaycana başsağlığı verib
Monteneqronun Baş naziri Miloiko Spajigin Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nətiçəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı. Monteneqro hökuməti və şəxsən öz adımdan sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Oxşar xəbərlər
Küveyt əmiri Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peru Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa səfirliyi Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir Prezidenti: Təyyarə qəzasında həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












