Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.
Oxşar xəbərlər
Vladanka Andreyeva Azərbaycana başsağlığı verib
Ərdoğan Azərbaycana başsağlığı verib
ABŞ səfirliyi Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətt açıb
Rumıniya XİN Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













