Teymur Musayev: Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb
Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyən həlak olanlarla bağlı DNT analizləri götürülüb.
"Report"un məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Yeni Klinikaya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda proses davam edir:
"Ona görə də əlavə məlumat verə bilməyəcəyəm".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Oxşar xəbərlər
Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir
Küveyt əmiri Azərbaycana başsağlığı verib
Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verib
Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək
QMİ sədrinin müavini: Bu, bütün millətlərin başına gələ biləcək hadisədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













