Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.
Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib
Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb
Avropa Şurasının xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın möhkəm siyasi iradəsi var
Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













