Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
sizinxeber.az xəbər saytı

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib


Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu təsdiq edilib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident PA rəhbərinə daha bir vəzifə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Muxtar Babayevlə bağlı SƏRƏNCAM imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər