Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq
Gələn ay Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq tədbirlərdə BMT-nin altı rəsmi dilinə tərcümə olacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Belə ki, sessiya müddətində BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək.
Məlumat üçün bildirək ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.
Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
COP29-da iştirak edəcək bəzi şəxslər qonaqlama yerləri üçün depozit verməyə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament COP-la bağlı konvensiya və sazişləri təsdiqləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident PA rəhbərinə daha bir vəzifə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Muxtar Babayevlə bağlı SƏRƏNCAM imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












