Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb, talan edilib
Xudavəng monastırı Azərbaycanın tarixi və mədəni irsinin vacib nümunələrindən biridir. Azərbaycandakı bütün dini və mədəni abidələr dövlət tərəfindən qorunur və bərpa edilir.
Sizinxeber.az-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
O qeyd edib ki, bu faktor Azərbaycanın özünün mədəni irsini qorumağa sadiq olduğunu nümayiş etdirir:
“Təəssüf ki, Ermənistanın işğalı dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb, talan edilib və Ermənistan tərəfindən özününküləşdirilib. Xudavəng monastırı da bu vandalizmin tərkib hissəsi kimi təhrif olunmağa və saxtakarlığa məruz qalıb. Azərbaycan müharibədən sonra bu ərazilərdəki mədəni irsin bərpasına ciddi yanaşır və ölkəmizin bu sahədəki təcrübəsi nümunə ola bilər. Xudavəng kimi digər abidələrin də orijinal tarixi formasında bərpası və mühafizəsi bu siyasətin tərkib hissəsidir”.
Oxşar xəbərlər
Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb
PA Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbul cədvəli açıqlanıb
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
