

Ramin Məmmədov Misirdə bir sıra görüşlər keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 26-da Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının 35-ci Beynəlxalq Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
Komitədən "Sizinxeber.az"a verilən xəbərə görə, Ramin Məmmədov Ərəb Respublikasının Dini işlər və vəqflər naziri Usama Əl-Əzhəri ilə görüş zamanı iki ölkə arasında dostluq münasibətlərinə diqqət çəkərək, Azərbaycan və Misir prezidentlərinin siyasətinin bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaratdığını bildirib. Ölkəmizdəki dövlət-din münasibətləri, multikultural mühit haqqında danışan Ramin Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüslərinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük töhfələr verdiyini vurğulayıb. Müvafiq qurumların, habelə Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin dini təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri Usama Əl-Əzhəri Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin İslam aləmində yüksək dəyərləndirildiyini bildirib. Qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərinə toxunan nazir ölkəmizin müvafiq sahədə fəaliyyət göstərən qurumları arasında əlaqələrin daha da güclənməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib.
Dövlət Komitəsi sədrinin Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcm ilə görüşündə bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb. Beynəlxalq tədbirlərdə fəal tərəfdaşlığın bu əməkdaşlığı daha da gücləndirdiyi qeyd olunub. Azərbaycanın dinlərarası dialoqa, İslam həmrəyliyinə, eyni zamanda islamofobiya ilə mübarizəyə mühüm töhfələr verdiyi bildirilib. Ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşünün keçirilməsinin, qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu din xadimlərinin iştirakı ilə birgə müzakirəsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Oxşar xəbərlər
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
