Uşaq hüquqları ilə bağlı 2026-2030-cu illər üçün fəaliyyət planı hazırlanır
Uşaq hüquqları ilə bağlı 2026-2030-cu illər üçün fəaliyyət planının işlənib hazırlanması prosesinə başlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdalıyeva mayın 29-da Bakıda keçirilən uşaq hüquqlarına həsr edilmiş dəyirmi masada deyib.
Onun sözlərinə görə, bununla bağlı işçi qrupun yaradılması istiqamətində də bütün aidiyyəti qurumlara müraciət ünvanlanıb:
"Eyni zamanda BMT-nın Uşaq hüquqları komitəsinin sədri də bu fəaliyyət planının işlənib hazırlanmasına ekspert kimi cəlb edilib. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına görə Azərbaycana tövsiyələr sırasında koordinasiyanın təşkili də mövcuddur. Buna həm nazirlər, həm də icra başçılarının uşaq hüquqlarının təminatı sahəsində əlaqələndirilməsinin gücləndirilməsi daxildir. Hər iki məsələ ilə bağlı əsaslı tədbirlər görülməkdədir".
G.Nağdalıyeva həmçinin bildirib ki, BMT-nin tövsiyələrinə əsasən dövlət uşaq büdcəsinin yaradılması istiqamətində ilkin yol xəritəsinin müəyyənləşdirilməsi üçün xüsusi təhlil aparılıb və hazırda bu istiqamətdə addımlar davam etdirilir.
Oxşar xəbərlər
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Aynur Sofiyeva: Uşaqların sosial şəbəkədəki təhlükələrdən qorunması üçün təcili tədbirlərə ehtiyac var
“Uşaq hüquqları haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
Dövlət və özəl uşaq müəssisələrinə nəzarət artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












