Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb - VİDEO


Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.

Ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Ağcabədidə 12 kq narkotik aşkarlanıb
Oğuzda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Polis Şamaxıda 8 kiloqram narkotik aşkarlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər