Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb


Azərbaycanda car ilin yanvarın 1-nə görə, dövlət qulluqçularının sayı 27,4 min nəfər olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onların da 30,3 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,7 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,5 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 12,5 faizini 25-29 yaşda, 18,2 faizini 30-34 yaşda, 16,1 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 9,9 faizini 45-49 yaşda, 7,6 faizini 50-54 yaşda, 8,4 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 2,0 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manat təşkil edib.

Oxşar xəbərlər

2024-cü ildə ölkədə ölüm hallarının sayı azalıb
Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb
DSMF: Ölkə üzrə 1,1 milyon pensiyaçının 57 faizi qadınlardır
Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub
Ötən ildə cinayət törədənlərin 27,5 faizi 14-29 yaşda olanlardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər