Ötən ildə cinayət törədənlərin 27,5 faizi 14-29 yaşda olanlardır
2023-cü ildə cinayət törətmiş 14-29 yaşda olan gənclərin sayı 6 869 nəfər olub.
Sizinxeber.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, onlardan 107 nəfəri 14-15, 387 nəfəri 16-17, 2 506 nəfəri 18-24, 3 869 nəfəri isə 15-29 yaşında olub.
Həmçinin göstərilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə 25 006 nəfər cinayət törədən şəxs aşkar olunub, onların da 6 869 nəfəri və ya 27,5 faizi 14-29 yaşda olan gənclərdir.
Cinayət törədən 14-29 yaşda olan gənclərin 46,6 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 27,7 faizi iqtisadi sahədə, 22,3 faizi şəxsiyyət əleyhinə, 3,4 faizi isə cinayəti digər sahələrdə törədiblər.
Oxşar xəbərlər
Gənclərin 53 faizə yaxını şəhərlərdə yaşayır - RƏSMİ
Azərbaycandan Türkiyəyə turist axını 500 min nəfəri ötüb
Azərbaycanda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
Günəşdə güclü partlayış oldu
