Şotlandiya parlamentindən Bakının təşəbbüslərinə dəstək
sizinxeber.az xəbər saytı

Şotlandiya parlamentindən Bakının təşəbbüslərinə dəstək


Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.

Axar.az xəbər verir ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.

COP29-un iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini təcəssüm etdirdiyi qeyd olunur.

Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran "COP Atəşkəs" təşəbbüsünə dəstək ifadə olunur.

COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.

Qeyd edək ki, qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.


Oxşar xəbərlər

Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ölkə qoşulub
Elin Süleymanov "The Guardian"da Azərbaycanla bağlı məqaləyə cavab verib
Pre-COP-da Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri dəstək qazanıb
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır
Vyetnamın Türkiyədəki səfiri: COP29 Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər