Pre-COP-da Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri dəstək qazanıb
COP29 Sədrliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı əlaqəyə həsr olunmuş Pre-COP-un paralel tədbiri keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirə üzv ölkələrin hökumət nümayəndələri, BMT agentlikləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri qatılaraq su qıtlığı, ərzaq çatışmazlığı və torpaq deqradasiyası kimi iqlimlə əlaqəli təhdidlərin beynəlxalq sülh və sabitliyə neqativ təsiri və bu sahədə qlobal həllərin vacibliyini müzakirə ediblər.
COP Sədrliyinin Baş müşaviri, səfir Elşad İsgəndərov iqlim dəyişikliyini"münaqişə təhlükəsini artıran amil" kimi təqdim edərək onun milli resurslar və məcburi köçkünlük üzərindəki mənfi təsirlərini vurğulayıb. O, COP29-un sədrliyinin bu sahədə konkret həlləri nəzərdə tutan təşəbbüslərini, o cümlədən İqlim və Sülh Fəaliyyəti üzrə Bakı mərkəzinin konsepsiyasının təqdim edib. Həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükəsizliklərinin qarşısının alınması sahəsində əməli addmları ehtiva edən Bakı İqlim Üçün Sülh Çağırışının ilkin layihəsi də müzakirə üçün təqdim edilib.
İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Almaniya, Uqanda, İrlandiya və Qırğızstanıın nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan sədrliyinin bu təşəbbüslərinin gələcəyin təhdidlərinə qarşı əməlli addımlar kimi yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüslərinə dəstəklərini ifadə ediblər.
Eyni zamanda, tədbir iştirakçılarına noyabrın 15-də keçiriləcək COP29 İqlim, Bərpa və Sülh (PRR) Gününün məqsədləri haqqında məlumat verilib. Bu günün məqsədi iqlim dəyişikliyi və sülh arasındakı əlaqə üzrə tədbirlərin irəlilədilməsidir. Müzakirələrdə COP29 Sülh günündə uğurlu birgə nəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd edilib.
Oxşar xəbərlər
Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un prezidenti Nyu-Yorkda Azərbaycanın sədrliyinin uğurlarından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupuna daxil olan ölkələrin adları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, Sülh və İnsan mobilliyi” dəyirmi masası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











