Prezident: "Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşə bilər"
"Mən istisna etmirəm ki, Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşə bilər".
Sizinxəbər.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bəyan edib.
"İş burasındadır ki, Ermənistan məsələni fərqli görür. İşğal, zorakılıq və soyqırım olmasaydı, Cənubi Qafqazda vəziyyət başqa cür olardı. Bölgə siyasi, iqtisadi, nəqliyyat və enerji baxımından çoxdan inteqrasiya edilmiş bir məkan olardı. Bu qədər zaman itkisi olmazdı. Bunun səbəbi bizdə deyil, Ermənistanda hakimiyyətdə olan rejimlərin işğalçı mahiyyətində idi. Azərbaycan fobiyası və əsassız təcavüzkarlıq. Kim təminat verir ki, bu yanaşma, bu şüur yenidən hakim olmayacaq?", - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, separatçılığın kökünün kəsilməsinə dair belə zəmanəti yalnız beynəlxalq sənədlər, dəmir kimi möhkəm normalar təmin edə bilər.
"Bunun üçün Minsk Qrupu buraxılmalı, Ermənistan Konstitusiyası dəyişilməlidir, orada yer alan Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır", - deyə prezident qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev: Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır
Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir
Azərbaycan lideri: Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz
Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb
İlham Əliyev: Zəngəzur bir çox ölkələri birləşdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












