Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır
“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.
“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”.
B. Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq: “Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.
Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir:
"28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.
Oxşar xəbərlər
Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metroda tunel tikintisi ilə bağlı sərnişinlər alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metropoliten “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək tunelin tikintisi ilə bağlı açıqlama yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












