Bakıda Konstitusiya və Suverenlik İlində media gündəmi müzakirə olunub
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiya baş tutub.
“Sizinxeber.az” xəbər verir ki, sessiyanın moderatoru MEDİA-nın aparat rəhbəri Rəqsanə Kərimova panel müzakirə ilə bağlı tezislərlə çıxış edib.
Müdafiə Nazirliyinin (MN) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov 44 günlük Vətən Müharibəsi və bir günlük anti-terror tədbirləri zamanı ordu-media əlaqələrindən bəhs edib.
MN rəsmisi sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlərin aşılması halları ilə qarşılaşdıqlarını deyərək medianın bu istiqamətdə maarifləndirici işin vacibliyini diqqətə çatdırıb.
Konstitusiya Məhkəməsinin İnsan Hüquqları və Analitik Şöbəsinin müdiri Anar Cəfərov Konstitusiya Məhkəməsi tərəfindən vətəndaşların, eləcə də media subyektlərinin təkliflərinə həssaslıqla yanaşıldığını bildirib.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə ötən il məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə, “Elektron icra” informasiya sistemi əsaslı surətdə yenilənərək, zəruri funksionallıqlarla təmin edildiyini vurğulayıb.
O, bu istiqamətdə yenilənmələrin davam etdirildiyini deyib.
Azərbaycan Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli isə Ombudsman Aparatının media ilə işinə toxunaraq insan hüquqlarının qorunması müstəvisindən bu əlaqənin vacibliyinə diqqət çəkib.
Fərdi nitqlərin ardınca panel sual-cavab sessiyası və ümumi müzakirələrlə davam etdirilib.
Oxşar xəbərlər
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












