Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edilib
Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Agentlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
Qeyd edək ki, müsabiqəyə 2 dekabr 2024-cü il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA jurnalistlər üçün müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












