Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib - YENİLƏNİB - FOTO
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel tarixindən 8 may tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilib. Daha sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunub.
İlk olaraq iclasın katibi və səslərin sayılması üçün komissiya seçilmiş, prosedur qaydaları ilə bağlı məlumat verilib. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunmuş və onun adı namizədlər siyahısından çıxarılıb.
Bundan sonra namizədlər iclasa dəvət olunub, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat veriblər. Həmçinin, namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırıblar.
Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilmişdir. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
İclasda Azərbaycan Resphblikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak ediblər.
***
16:41
Bu gün Audiovizual Şurada İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
Sizinxeber.az-nın xəbərinə görə, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib.
Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildən İTV-nin baş direktorudur.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Oxşar xəbərlər
İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib
Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşıb, 11 iddiaçı var - SİYAHI
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
"Səhiyyə TV"nin adı dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
