İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşıb, 11 iddiaçı var - SİYAHI
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.
Audiovizual Şuradan APA-ya verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:
Əhmədov Ayxan Əbdül Kərim oğlu
Əzimov Tural Qürbət oğlu
Məmmədzadə Tural Sahib oğlu
Qulamov Arzu Aydın oğlu
Baxşıyeva İlhamə Rafiq qızı
Məmmədov Fikrət Alı oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Şahsuvarov Taleh Novruz oğlu
Nağıyev Anar Əlişah oğlu
Əliyeva İlahə Xudu qızı
Cəfərov Əli Sucəddin oğlu
Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.
Oxşar xəbərlər
İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib
Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
"Səhiyyə TV"nin adı dəyişdirilib
İctimai Televiziya cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
