İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib
sizinxeber.az xəbər saytı

İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

Bu barədə "Sizinxeber.az"a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu

5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

Oxşar xəbərlər

Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
 "Səhiyyə TV"nin adı dəyişdirilib
İctimai Televiziya cərimələnib
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər