Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşüb - FOTO


20 may tarixində Medianın İnkişafı Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib.

MEDİA-dan Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud D-8 üzv dövlətləri arasında media sahəsində qarşılıqlı səfərlərin, peşəkar mübadilə proqramlarının, birgə media təşəbbüslərinin və ortaq layihələrin təşviqinin vacibliyini vurğulayıb. O, media məzmununun hazırlanması və yayımı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin, həmçinin innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin media sahəsində məsuliyyətli tətbiqinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Eyni zamanda D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinin təşkili, Mərkəzin koordinasiyalı kommunikasiya təşəbbüsləri üçün platforma kimi fəaliyyət imkanları müzakirə olunub, media və informasiya təhlükəsizliyi sahəsində birgə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
MEDİA-da Monqolustan nümayəndə heyəti ilə əməkdaşlığın inkişafı müzakirə edilib
Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb
Azərbaycanla Özbəkistan arasında media üzrə əməkdaşlıq müzakirə olunub - FOTO
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər