Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
Noyabrın 13-də Medianın İnkişafı Agentliyində Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.
Daha sonra Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Respublikasının Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
ATƏT/DTİHB ilə seçkilərdə medianin fəaliyyəti müzakirə edilib
Naxçıvandakı media nüməyəndələri üçün MM-ə seçkilər mövzusunda onlayn seminar keçirilib
İcraçı direktor: Dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritetdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
