Azərbaycanla Özbəkistan arasında media üzrə əməkdaşlıq müzakirə olunub - FOTO
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusunda II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında informasiya mübadiləsinin təmin olunması və qarşılıqlı fəaliyyət mexanizmlərinin müzakirəsi məqsədilə konfransların, praktiki məşğələlərin və işçi qruplarının görüşlərinin təşkilinin əhəmiyyəti vurğulanıb.
Media savadlılığı sahəsində cəmiyyətin məlumatlandırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Xüsusilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, həmçinin hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsinə məsul struktur bölmələrinin rəhbərlərinin və jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb
Azərbaycan və Özbəkistan arasında sağlam informasiya mühitinin formalaşdırılması müzakirə edilib
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
