MEDİA-da Monqolustan nümayəndə heyəti ilə əməkdaşlığın inkişafı müzakirə edilib
Medianın İnkişafı Agentliyində (MEDİA) Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib.
O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
MEDİA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
MEDİA-da Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
ATƏT/DTİHB ilə seçkilərdə medianin fəaliyyəti müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
