Azərbaycanla Çin radio və televiziya sahəsində əməkdaşlıq edəcək
Azərbaycan nümayəndə heyəti iyunun 24-də Pekində Çinin Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksəkvəzifəli şəxslərilə görüşüb.
"Report" xəbər verir ki, Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanla Çin arasında digər sahələrdə olduğu kimi, audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
O, hər iki ölkənin audiovizual tənzimləmə siyasəti ətrafında fəal dialoq apardığını qeyd edərək müvafiq sahədə texnoloji mübadilə, süni zəka, irihəcmli data və 5G kimi innovativ həllərin tətbiqi, eləcə də sənayenin birgə inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.
Şura sədri həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və səmərəli əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq institusional əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edib. O həmçinin bildirib ki, media mühitinin qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə sahəsində yanaşma və mexanizmlərin paylaşılması qarşılıqlı fəaliyyətin əsas prioritetlərindəndir.
Daha sonra “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlətİdarəsi arasında radio və televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədin məqsədi radio yayımı və televiziya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev daxildir.
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












