Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalında iştirak edib
Azərbaycan nümayəndə heyəti Çinin Şanxay 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib.
Bu barədə "Sizinxeber.az"a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Qeyd edilib ki,festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.
Tədbir çərçivəsində MEDİA İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub. Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.
O, eyni zamanda media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon isə çıxışında qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahəsində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib.
O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.
Qeyd edək ki, Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Audiovizual Şuranın sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.
Oxşar xəbərlər
MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












