İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
- 7-11-2024, 14:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 456
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı baş tutub.
"Report"un yerli bürosunun məlumatına görə, İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izləri” sənədli filminin premyerası olub.
8 Noyabr - Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının (MR) 100 illiyinə həsr olunmuş tədbirdə bildirilib ki, “Nuhun izləri” filmi Azərbaycanın İsveçdəki səfirliyinin təşəbbüsü, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən, həmçinin Nuh Peyğəmbərin gəmisinin Gəmiqaya dağına enməsinə dair əfsanədən bəhs edir.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı bu günlərdə iki mühüm hadisəni - Zəfər Bayramı və Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında əldə olunan zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verir. "Azərbaycan mədəniyyətinin əsl vurğunu olan əziz dostumuz Mikael Silkeberq Naxçıvana səfər edərək onun zəngin mədəniyyətini və tarixini şəxsən öyrənmək və möhtəşəm sənədli film çəkmək üçün gəlmişdi”, - diplomat bildirib.
O həmçinin məlumat verib ki, bu, M.Silkebergin Azərbaycana həsr etdiyi üçüncü filmdir. Digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odinin kodu” cümə axşamı, noyabrın 7-də Parisdə nümayiş olunacaq.
Daha sonra çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan MR-in 100 illiyi yüksək səviyyədə qeyd edilir. Yeni film də Naxçıvanın mədəni irsinin qorunması və təşviqinə verilən dəyərin daha bir ifadəsidir.
Filmin quruluşçu rejissoru Rəhim Sadıxbəyli çıxış edərək filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə və Naxçıvan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin İsveçdə akkreditə olunmuş diplomatları, diaspor nümayəndələri, yerli KİV nümayəndələri və xarici qonaqlar olmaqla, yüzdən çox insan iştirak edib.


width="220" alt="Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />