İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
sizinxeber.az xəbər saytı

İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq


Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.

"Report"un Muğan bürosunun məlumatına görə, budəfəki nümayiş "Muğanda Kino Günləri" çərçivəsində sabah İmişli rayonunda olacaq.

Layihə çərçivəsində İmişlidə “Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov (70 dəqiqə), “Tənha insanın monoloqu” - qısametrajlı bədii film, rejissor Emin Əfəndiyev (45 dəqiqə), “İlkin şəhid” – qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı (17 dəqiqə), “Titrəmə” - qısametrajlı bədii film, rejissor Amil Amal (14 dəqiqə), ”Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva (14 dəqiqə) nümayiş olunacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmləri və rejissorları tanıtmaqdır.

Oxşar xəbərlər

Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında yarışacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər