Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında qala konsert təşkil olunub.
"Sizinxeber.az"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, konsert proqramını Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Türkmənistanda fəaliyyət göstərən diplomatik korpusun rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. O, Türkmənistanla Azərbaycanı birləşdirən bir çox amillərin olduğunu qeyd edib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli isə çıxışında rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib. Nazir iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin ildən-ilə inkişaf etdiyinə diqqət çəkib. Açılış nitqlərinin ardınca qala konsert təqdim olunub.
Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), "Savalan" qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar. Qeyd edək ki, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri sabah ölkənin Arkadağ şəhərində davam etdiriləcək.
Oxşar xəbərlər
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
Adil Kərimli: Azərbaycan mədəniyyəti Türkmənistanda əhatəli şəkildə nümayiş etdiriləcək
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
