Pentaqon rəsmisi: Avropa ölkələri təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar
sizinxeber.az xəbər saytı

Pentaqon rəsmisi: Avropa ölkələri təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar


Amerika qoşunlarının Almaniyadan tələsik çıxarılması planı yoxdur, lakin Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeress Almaniyanın "Süddeutsche Zeitung" və "Handelsblatt" nəşrlərinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırda Amerika qüvvələrinin mümkün yenidən yerləşdirilməsi üçün müxtəlif variantlar və ssenarilər nəzərdən keçirilir: "Lakin son qərarı ABŞ Prezidenti Donald Tramp verməlidir. Heç nə tələsik edilməyəcək, heç nəyə yüngül yanaşmayacaq".

O, həmçinin ABŞ müdafiə naziri Pit Heqsetin Avropada təhlükəsizlik üçün məsuliyyətin bölüşdürülməsinə yanaşmanın dəyişdiyinə dair mövqeyini xatırladıb. Pentaqon sözçüsünün sözlərinə görə, Avropa ölkələri öz müdafiələrini təmin etməkdə daha fəal rol oynamaq üçün kifayət qədər resurs və imkanlara malikdirlər.

Qeyd edək ki, ABŞ Almaniyadan təxminən 5000 əsgərini çıxarmağı nəzərdən keçirir. Amerika mediasının məlumatına görə, bu proses altı aydan on iki aya qədər davam edə bilər.

Oxşar xəbərlər

Pentaqon İrana qoşun yeritmək üçün ssenari hazırlayır
ABŞ qoşunlarının Almaniyadan çıxarılması... - Pistorius
Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır
Pentaqon Ukraynadakı Avropa qüvvələrinə havadan dəstək verə bilər
Kosinyak-Kamış: ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər