Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və İsveçrə mərkəzi bankları ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

"Sizinxeber.az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər çərçivəsində İsveçrə Mərkəzi Bankının sədri Martin Şlegel, İsveçrə Beynəlxalq Maliyyə Məsələləri üzrə Dövlət Katibliyinin dövlət katibi Kristof Koniq və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dövlət katibi Pyetro Lazzerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə olunub, qlobal və regional iqtisadi proseslər, ölkədə mövcud makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb
Azərbaycan və İsveçrə XİN-ləri siyasi məsləhətləşmələrin növbəti raundunu keçirib - YENİLƏNİB
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Azərbaycan və "Alipay" rəqəmsal ödənişlərin təşviqini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər