Zlatko Daliç: "Qana millisinin qolu ofsayd səbəbindən qeydə alınmalı deyildi"
Zlatko Daliç: "Qana millisinin qolu ofsayd səbəbindən qeydə alınmalı deyildi"
Qana millisinin Xorvatiyaya vurduğu qol qeydə alınmalı deyildi.
"Sizinxeber.az" FIFA-ya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Zlatko Daliç Qanaya qarşı baş tutan oyundan sonra deyib.
Mütəxəssis qələbənin sevindirici olduğunu söyləyib:
"Yaxşı nəticə əldə etdik. Lakin Qana seçməsinin qolu ofsayd səbəbindən qeydə alınmalı deyildi. Bununla belə, qələbə qazanan tərəf biz olduq. İlk növbədə, futbolçularımı pley-off mərhələsinə yüksəlmələri münasibətilə təbrik edirəm. Çətin oyun oldu, amma düşünürəm ki, Xorvatiya taktiki baxımdan əla çıxış etdi və meydanda düzgün mövqe tutaraq oyunu nəzarətdə saxlamağı bacardı.
Biz yenidən əvvəlki səviyyəmizə qayıtmışıq, təxminən doqquz il əvvəl olduğumuz yerə. Lakin bu hələlik yalnız ilk hədəfə çatmaq üçün atılmış kiçik bir addımdır. Əsas məqsədimiz qrup mərhələsini uğurla keçərək pley-offa yüksəlmək idi və biz buna nail olduq".
Qeyd edək ki, Xorvatiya Qana millisini 2:1 hesabı ilə məğlub edib.
