Qrem Potter: "Bu dünya çempionatında Fransadan daha güclü komanda görməmişəm"
sizinxeber.az xəbər saytı

Qrem Potter: "Bu dünya çempionatında Fransadan daha güclü komanda görməmişəm"


Futbol üzrə İsveç yığmasının baş məşqçisi Qrem Potter dünya çempionatında Fransa millisindən güclü komanda görməyib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu skandinaviyalıların baş məşqçisi özü Fransaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis məğlubiyyəti qəbul edərək, rəqibin turnirin ən təhlükəli komandası olduğunu söyləyib:

"Bu turnirdə Fransadan daha güclü komanda görməmişəm. Açığını desəm, bu gün mükəmməl oynasaydıq belə, onları məğlub edəcəyimizə əmin deyilildim. Fransa hər mövqedə yüksək səviyyəli futbolçulara malikdir və bunu bir daha göstərdi. Onlar çox keyfiyyətli komandadırlar və qələbəyə tam layiq idilər.

Buna baxmayaraq, turniri başıuca tərk edirik. Bu gənc komanda dünya çempionatı ərzində böyük inkişaf yolu keçdi. Qrup mərhələsində çətinliklərin öhdəsindən gəldik və pley-offa yüksəldik. Bu təcrübə gələcəkdə bizə çox kömək edəcək".

Qeyd edək ki, İsveç seçməsinə 3:0 hesabı ilə qalib gələn Fransa 1/8 finala yüksəlib.

Oxşar xəbərlər

Qrem Potter: "Müdafiədə bu qədər boşluq buraxıb qələbəyə ümid edə bilməzsiniz"
Camal Sellami: "Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda biz olduq"
Karlo Ançelotti: "Pley-off mərhələsində komanda birliyi çox vacibdir"
Tomas Kristiansen: "Panama millisi dünya futbol ictimaiyyətində müsbət təəssürat yaratdı"
Klublararası dünya çempionatı: Pley-offa vəsiqə qazanan 8 komanda bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər