Azərbaycan və "Alipay" rəqəmsal ödənişlərin təşviqini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və "Alipay" rəqəmsal ödənişlərin təşviqini müzakirə edib


Azərbaycan və “Ant International” ("Alipay") şirkəti arasında rəqəmsal ödənişlərin təşviqi müzakirə edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində “Ant International”ın baş vitse-prezidenti və baş dayanıqlılıq inzibatçısı Limin Çenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycanda maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub. ‎

Oxşar xəbərlər

AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib
Seulda Koreya şirkətlərinin Ələt AİZ-ə cəlb edilməsi imkanları müzakirə olunub
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
AMB və IMF IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində görülən işləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər