HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur
2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O bildirib ki, cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var:
“Təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir. Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7 faizi icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.
2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25 faizdən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 milyon manat vəsaitə qarşı icra 6,9 milyon manat və ya 1,4 faiz təşkil edib.
Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 milyon manata qarşı 9 ayda, ümumiyyətlə, icra olunmayıb”.
Oxşar xəbərlər
Hesablama Palatasının sədri: Cari ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Qubada yol təmirinə 1,2 milyon manat vəsait ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 9 ayda Qarabağa 3 milyard manatdan çox vəsait yönəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: I yarımildə bəzi büdcə xərcləri proqnozdan əhəmiyyətli dərəcədə kənarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












