Yaponiyada TOD modeli ilə yeni qəsəbə salınıb
Tokionun şimalında "Koshigaya Laketown" adlı ərazidə TOD (Ictimai Nəqliyyat Yönümlü İnkişaf) modeli ilə yeni qəsəbə salınıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Yaponiyanın Qlobal Məsələlər İdarəsinin Şəhər İntibah Agentliyinin nümayəndəsi Fujita Ryo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, layihə yeni dəmir yolu stansiyasının və irimiqyaslı su tutarının (retention pond) tikintisini də əhatə edib: "Bu ərazi mərkəzi Tokiodan 22 km şimalda, Koşiqaya şəhərində yerləşir. Əvvəllər ora tez-tez daşqınlardan zərər çəkirdi. Oövrdəki sürətli urbanizasiya daşqınlara nəzarət və nizamsız şəhər genişlənməsinin qarşısını almaq üçün hərtərəfli tədbirlərin görülməsi zərurətini daha da artırdı. Beləliklə, su tutarının ətrafında mərkəzləşən, şəhər mühiti ilə sahilboyu sahəni harmoniyada birləşdirən yeni bir qəsəbə planlaşdırıldı.
Ümumi torpaq sahəsi 226 hektardır, bunun 39 hektarını irimiqyaslı su tutarı təşkil edir. Mərkəzdə yeni bir stansiya, yaxınlığında isə böyük bir ticarət mərkəzi tikilib. Təxminən 20 il ərzində torpaqların yenidən qurulması metodundan istifadə edərək infrastrukturun inkişafı təmin edilb. TOD perspektivindən yanaşsaq, ərazilərin böyük hissəsi stansiyadan piyada 15 dəqiqəlik məsafədə olacaq şəkildə layihələndirilib. Avtobuslara və digər nəqliyyat növlərinə rahat keçid imkanı yaradan stansiya meydanı tikilib, həmçinin əsas yollar boyu velosiped zolaqları salınıb".
Oxşar xəbərlər
Braziliya rəsmisi: "Dayanıqlı şəhər inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri tətbiq edilir"
Braziliya nəqliyyat və şəhərsalma siyasətlərini inteqrasiya edib
Eskpert: "Urbanizasiya şəhərlərdə dayanıqlı iqtisadi artımı təmin etməlidir"
OECD: Mənzil böhranı qlobal inkişaf böhranının şəhər simasıdır
Raşid Sidat: Qlobal Şimal və Cənub şəhərləri yeni urbanistik strukturların formalaşması ilə üzləşirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
