Arkadağ merinin müavini: "Yağış və yeraltı sular yaşıllıqların suvarılmasında istifadə olunur"
sizinxeber.az xəbər saytı

Arkadağ merinin müavini: "Yağış və yeraltı sular yaşıllıqların suvarılmasında istifadə olunur"


Türkmənistanın Arkadağ şəhərində yağış və yeraltı sular yaşıllıqların suvarılmasında istifadə olunur.

"Report" xəbər verir ki, bunu Arkadağ şəhər merinin müavini Nazar Joytıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, şəhərdə yeraltı və yağış suları toplanaraq yaşıllıq zonalarının suvarılmasında istifadə edilir: "Türkmənistanda su resurslarına xüsusi həssas yanaşılır və bu ənənə şəhərsalma layihələrində də nəzərə alınır. Hazırda şəhərin ikinci tikinti mərhələsində təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzərində iş aparılır. Həmin sular təkcə Arkadağın deyil, yaxın yaşayış məntəqələrinin də suvarılmasında istifadə olunacaq".

O əlavə edib ki, Türkmənistan Mərkəzi Asiyanın ən günəşli ölkələrindən biri kimi alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir: "Ölkədə ildə 240-a qədər günəşli gün müşahidə olunur ki, bu da günəş elektrik stansiyalarının səmərəli istifadəsi üçün əlverişli şərait yaradır. Xüsusilə şəhər mühitində günəş enerjisindən istifadə alternativ enerji siyasətinin əsas istiqamətlərindən biri hesab edilir".

Oxşar xəbərlər

Pərvanə Vəliyeva: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır
Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək
Mirsalam Qənbərov: Yeni qəsəbə salınır, lakin kanalizasiya sistemi düzgün qurulmur
Gəncədə magistral yola yağış suları dolub, avtomobillərin hərəkətində çətinlik yaranıb
ADSEA rəsmisi: Su problemləri bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər