Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2026
12:17
0
0
1 125
ff

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır

17 may, 2026
12:17
1 125

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır

Ümumdünya Şəhərsalma Forumu urbanizasiya problemlərinin müzakirə olunduğu mühüm platformadır. Forumun builki sessiyasının əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif deyib. O vurğulayıb ki, mənzil yalnız insanların başı üzərində dam deyil, həm də insan ləyaqətinin və cəmiyyətin rifahının göstəricisidir. Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır. Yaşayış yerlərinin iş məkanlarından uzaqda yerləşməsi karbon emissiyalarını artırır.

Maimuna Mohd Şərif qeyd edib ki, mənzil məsələsi təhsil, iqtisadiyyat, insanların dolanışığı, iqlim dəyişikliyi və dayanıqlı inkişafla sıx bağlıdır. Forum çərçivəsində liderlərin yalnız bəyanatlar verməklə kifayətlənməməsi, ölkələrinə qayıtdıqdan sonra konkret fəaliyyət planları həyata keçirmələri vacibdir.

Bizimlə əlaqə saxlayın

×
×